ABŞ qoşunlarını bu aviabazadan çıxardı, İraqa göndərdi


ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın şimal-şərqində yerləşən “Kasrak” hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Suriya TV məlumat yayıb.

Bildirilib ki, şəxsi heyət və hərbi texnika daşıyan dəstələr İraqa gedib.

Qeyd edək ki, "Kasrak" aviabazası Haseke şəhəri yaxınlığında yerləşir. Bu, Qərb koalisiyasının Suriya ərazisindəki ən böyük hərbi obyekti hesab olunurdu.

Daha öncə də ABŞ-ın sözügedən bazadan hərbi kontingentini köçürməyə hazırlaşdığı xəbəri yayılıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ