ABŞ və Böyük Britaniya kəşfiyyatı Rusiyanın Ukraynaya hücum planları haqda hələ 2021-ci ilin noyabrında açıqlayıb. Lakin Avropa ölkələri və Ukrayna rəhbərliyi bu xəbərdarlıqları ciddi qəbul etməyib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Milli Kəşfiyyat Direktoru Avril Haines və MI6 rəhbəri Riçard Moore Rusiyanın işğala hazırlaşdığını bildiriblər.
Ukrayna prezidenti Volodimir Zelenski də bu barədə məlumatlandırılıb, lakin o, bunu Moskvanın iqtisadi sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib.
Qəzet yazır ki, Qərb kəşfiyyatı hücumu düzgün proqnozlaşdırsa da, Ukraynanın müqavimətini yetərincə qiymətləndirməyib və Kiyevin qısa müddətdə ələ keçiriləcəyini güman edib. /Globalinfo.az/