Ölkəni sarsıdan şok hadisə! Onlar motosikletlərlə gəlib qırğın törətdilər


Nigeriyanın Zamfara ştatında baş verən silahlı hücum nəticəsində 50 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, Zamfara əyalətindən olan parlament üzvü Hamisu Faru AA müxbirinə bildirib ki, motosikletli silahlı dəstə üzvləri Tungan Dutse şəhərindəki bir kəndə hücum ediblər. Faru hücumda 50 nəfərin həyatını itirdiyini və qadın və uşaqlar da daxil olmaqla bir çox insanın qaçırıldığını bildirib.

Faru hücum zamanı bir çox evin də yandırıldığını qeyd edərək, yerli sakinlərin qorxudan yata bilmədiyini əlavə etdi.

Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də İŞİD-in Qərbi Afrika qolu olan ISWAP və Boko Haram kimi terrorçu qrupların hücumları ilə üzləşir. Adam oğurluğu ölüm cəzası ilə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.

Silahlı şəxslər adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alaraq fidyə tələb edirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ