Fransa Prezidenti Emmanuel Makron ABŞ Ali Məhkəməsinin tarif qərarının əks qüvvələrin mövcudluğunun demokratiyalarda yaxşı bir şey olduğunu göstərdiyini bildirdi.
Turkustan.az xəbər verir ki, Parisdə jurnalistlərə açıqlama verən Makron ABŞ Ali Məhkəməsinin tarif qərarına münasibət bildirib.
Makron digər ölkələrdə baş verənlərə münasibət bildirməyin onun adəti olmadığını, lakin yüksək məhkəmələrin olmasının və buna görə də qanunun aliliyinin yaxşı bir şey olduğunu qeyd edib.
Makron şərhində bildirib ki, "Ali məhkəmə Konstitusiyaya baxıb dedi ki, 'Bunlar (tariflər) konstitusiyaya uyğun deyil.' Hamı bunun fantastik olduğunu deyir. Demokratiyalarda güclərin və əks-güclərin olması yaxşıdır."
Makron ABŞ Ali Məhkəməsinin tarif qərarının nəticələri ilə bağlı tələsik nəticələr çıxarmamaq barədə xəbərdarlıq edərək, hər kəsə ABŞ prezidenti Donald Trampın bir neçə saat əvvəl yeni qlobal tariflər elan etdiyini xatırlatdı.
Makron bunun nəticələrinə baxacaqlarını, nə edə biləcəklərini nəzərdən keçirəcəklərini və sonra buna uyğun hərəkət edəcəklərini söylədi.
Makron, birtərəfli qərarlara məruz qalmaq istəmədiklərini bildirərək, ədalətli qaydalar çərçivəsində ixracı davam etdirmək istədiklərini vurğuladı.
Aytən Yaşar/ Turkustan.az