Rusiyadan miqrantların uşaqları ilə bağlı yeni qanun: 18 yaşına çatan kimi…


Rusiya hökuməti Dumaya ölkədə işləyən miqrantların uşaqları ilə bağlı yeni qanun layihəsini təqdim edib.

Turkustan.az xəbər verir ki, qanun qəbul edilərsə, 18 yaşına çatdıqdan sonra onların Rusiyanı tərk etməsi və ya iş icazəsinə müraciəti tələb olunacaq.

Qanun layihəsinin mətni Dumanın elektron məlumat bazasında dərc edilib.

Təklif olunan dəyişikliklər “Xarici Vətəndaşların Hüquqi Statusu haqqında” Qanuna ediləcək. Sənədə əsasən, miqrantların uşaqları yalnız valideynlərinin iş icazəsinin müddəti ərzində Rusiyada qala biləcəklər. Həmçinin miqrant işçi özü və hər bir uşağı üçün sabit fərdi gəlir vergisi ödəməlidir. 18 yaşına çatdıqdan sonra miqrantların uşaqları 30 gün ərzində Rusiya Federasiyasını tərk etməli və ya göstərilən müddət ərzində iş icazəsi üçün müraciət ünvanlamalıdır. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ