İran ilk dəfə olaraq Seyyad 3-G sistemini sınaqdan keçirib.
Turkustan.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "Şəhid Seyyad Şirazi" gəmisindən atılan yerüstü hava hücumundan müdafiə sistemi Seyyad 3-ün gəmi əsaslı versiyası olan Seyyad 3-G-nin görüntülərini paylaşıb.
Şaquli buraxılış qabiliyyəti və 150 kilometrlik mənzili ilə Seyyad 3-G-nin "Şəhid Süleymani" sinifli gəmilər üçün regional hava hücumundan müdafiə qalxanı yaratmaq imkanı yaratdığı deyilir.
Müstəqil aşkarlama və müdaxilə imkanlarına malik olduğu deyilən bu sistem inteqrasiya olunmuş komanda və idarəetmə şəbəkəsinə qoşula bilər və gəmilərin hava təhdidlərinə qarşı durma qabiliyyətini artırır.
İranın "Səyyad 3" adlı uzun mənzilli (yerüstü) hava hücumundan müdafiə raketlərinin birincisi 28 dekabr 2016-cı ildə sınaqdan keçirilib. "Səyyad 3"ün mənzili 120 kilometr, uzunluğu 6 metr və çəkisi 900 kiloqramdır.
Aytən Yaşar/ Turkustan.az