Ordumuzun əsgəri vəfat etdi


Azərbaycan Ordusunun əsgəri vəfat edib.

Turkustan.az-ın Unikal-a istinadən məlumatına görə, hadisə Yevlax rayonunun ərazisində yerləşən "N" saylı hərbi hissədə baş verib.

Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.


MANŞET XƏBƏRLƏRİ