Orban: Zelenski bunu etməsə, bizdən dəstək gözləməsin!


Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski neft tədarükünü bərpa etməyəcəyi təqdirdə Budapeştdən heç bir dəstək gözləməməlidir.

Turkustan.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk ABŞ-da yerləşən X sosial media platformasındakı paylaşımında Orbanı Ukraynaya Avropa yardımını əngəlləməkdə ittiham edərək “Bəs bundan kim məmnundur?” sualını ünvanlayıb.

Orban isə X hesabında Tuska cavab verərək bildirib: “Hörmətli Donald, mən Macarıstan xalqı və dövləti qarşısında məsuliyyət daşıyıram. Əgər kimsə onlara zərər verərsə, onları qorumaq mənim borcumdur. İndi də belə olacaq. Prezident Zelenski neft daşımalarını bərpa etməsə, bizdən heç bir dəstək gözləməməlidir”.

Qeyd edək ki, Macarıstan və Slovakiya üçün strateji əhəmiyyət daşıyan Druzhba pipeline-yə 27 yanvarda hücum edilib və nəticədə neft nəqli dayandırılıb. Budapeşt və Bratislava hökumətləri Ukraynanı daşımaların davamına mane olmaqda və vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər.

Neft nəqlinin dayanmasından sonra Macarıstan və Slovakiya Ukraynaya dizel yanacağının tədarükünü dayandırmaqla cavab veriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ