“Qəzzada sülhün bərqərar olması və bölgənin bərpası istiqamətində atılan addımların ABŞ-ın prezidenti Donald Trumpın təşəbbüsləri ilə bağlıdır.”- bu fikirləri REAL TV-nin efirində çıxışı zamanı Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Deputat bildirib ki, məhz Trampın apardığı siyasət nəticəsində Qəzzada sülhə nail olunub və Sülh Şurasının yaradılması təşəbbüsü də onun adı ilə bağlıdır.
Cavanşir Feyziyevin sözlərinə görə, yaradılan şura vasitəsilə toplanacaq vəsaitlər Qəzza zolağının bərpasına yönəldiləcək.
Millət vəkili qeyd edib ki, bu mexanizm bölgənin yenidən dirçəldilməsinə real imkan yarada bilər:
“Bu şura vasitəsilə toplanacaq vəsaitlər Qəzzanın bərpasına və şəhərin yenidən qurulmasına imkan verəcək.”
Daha ətraflı videoda: