Almaniya İrandakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Tehrandakı Almaniya səfirliyinin sosial media hesabında dərc olunmuş "İrandakı Almaniya vətəndaşlarına ölkəni tərk etmək üçün daha bir təcili çağırış" başlıqlı açıqlamada İranda və regionda gərgin vəziyyətin davam etdiyi bildirilib.
Bəyanatda qeyd olunur ki, təhlükəsizlik vəziyyətinin və hərbi münaqişənin daha da pisləşməsi ehtimalı istisna edilə bilməz və buna görə də Almaniya vətəndaşlarının İranı tərk etmələri çağırışı təkrarlanıb.
Bəyanatda gərginliyin artacağı təqdirdə Xarici İşlər Nazirliyi və Tehrandakı Almaniya səfirliyinin ölkəni tərk etməkdə "demək olar ki, heç bir dəstək" göstərə bilməyəcəyi barədə xəbərdarlıq edilib və Almaniya vətəndaşlarını ölkəni tərk etmək üçün mövcud olan bütün vasitələrdən istifadə etməyə çağırılıb.
Aytən Yaşar/ Turkustan.az