Medvedyev Zalujnı və Zelenskinin toqquşmasından məmnundur


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna ordusunun keçmiş baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında toqquşmanın başlandığını elan edib.

Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, o, bunu öz Telegram səhifəsində yazıb.

Bu günlərdə “Associated Press”ə verdiyi müsahibədə Zalujnı 2023-cü ildə Ukrayna ordusunun əks-hücumunun uğursuzluğuna görə birbaşa Zelenskini günahlandırıb. Keçmiş baş komandanın sözlərinə görə, NATO-nun köməyi ilə hazırladığı plan ona görə uğursuz olub ki, Ukrayna prezidenti və digər rəsmilər lazımi resursları ayırmayıblar.

İndi Medvedyev həmin müsahibəni nəzərdə tutaraq əllərini bir-birinə sürtür, Zelenski ilə Zalujnının qovğasının maraqlı tamaşa olacağını düşünür.

Medvedyev Zalujnının oyuna "cinsi orqan təlxəyinə hücum etməklə" başladığını bildirərək yazır: "Şüurlu feldmarşal ilə xalça təlxəyi arasında döyüş başladı! Görəsən, kim kimi həbs edəcək? Popkorn ehtiyatı toplamağın vaxtıdır".

Rusiyada Zalujnı Zelenskinin yerinə prezident vəzifəsinə namizəd kimi təqdim olunur.
“Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov Zalujnını hazırkı Ukrayna liderindən "daha ağıllı" hesab edir.

Bu arada, Kremlin jurnalisti Aleksandr Yunaşev qeyd edib ki, Zalujnının xalq arasında populyarlığı var, lakin Ukrayna ordusunun keçmiş komandanı Avropaya getdikdən sonra bəzi tərəfdarlar ona arxa çevirmiş ola bilərlər. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ