Almaniyanın müdafiə naziri Boris Pistorius Türkiyənin Avropa təhlükəsizliyindəki mühüm rolunu vurğuladı və NATO-nun müdafiə planlarına verdiyi əhəmiyyətli töhfələri təriflədi.
Turkustan.az xəbər verir ki, Boris Pistorius NATO -nun Baltik dənizində keçirdiyi "Steadfast Dart 2026" hərbi təlimini müşahidə etdikdən sonra keçirilən mətbuat konfransında çıxış edib .
Pistorius təlimdə iştirak edən türk müttəfiqlərinin, türk dostlarının töhfəsinin NATO üçün son dərəcə vacib olduğunu vurğulayaraq dedi: "Çünki bu, NATO-nun bəzilərinin düşündüyündən daha böyük olduğunu göstərir. Türkiyə həmişə bunda mərkəzi rol oynayıb və bu gün də yəqin ki, daha çox rol oynayır".
Pistorius, Türkiyənin NATO-ya verdiyi töhfələri vurğulayaraq dedi: "Türkiyə cənub-şərq cinahında çox vacib bir NATO tərəfdaşıdır və bu gün çox təsirli şəkildə göründüyü kimi, Türkiyə Hərbi Dəniz Qüvvələrində yeni və çox yüksək keyfiyyətli olduğu sübut edilmiş amfibiya qayıqları ilə diqqətəlayiq imkanlara malikdir."
Aytən Yaşar/ Turkustan.az