Suriyanın Qamışlı hava limanında yerləşən Rusiya qoşunlarının döyüş təyyarələri, helikopterləri və hərbi texnikası tədricən geri çəkilməyə başlayıb.
Turkustan.az xəbər verir ki, yerli mənbələr Rusiya qoşunlarının İlyuşin hərbi nəqliyyat təyyarələri vasitəsilə Latakiyadakı Hmeymim hava bazasına daşıdıldığını bildirir.
Mənbələr geri çəkilmənin tam olub-olmaması ilə bağlı qeyri-müəyyənlik olduğunu qeyd edir. Bildirilir ki, bəzi qoşunlar hələ də Qamışlıda qalır, hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələr ərazidə yerləşdirilib.
Geri çəkilmə xəbərləri Bəşər Əsəddən sonra Suriyada nəzarətin dəyişməsi və bölgədəki yeni siyasi və hərbi balansla əlaqələndirilir. Rusiya qüvvələri Suriyanın müvəqqəti hökuməti ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) arasında əldə edilmiş atəşkəsdən sonra mövqelərini yenidən qiymətləndirir.
Moskva geri çəkilmə və ya yenidən yerləşdirmə barədə rəsmi açıqlama verməyib. Bununla belə, daşınan texnika və qoşunların şimal-şərqi Suriyada nəzarət və təhlükəsizlik balansına təsir edəcəyi ehtimal edilir.
Qamışlı Hava Limanı Türkiyə sərhədinə yaxın strateji nöqtədə yerləşir və Rusiya üçün uzun müddət Suriyadakı hərbi mövcudluğunun əsas hissəsini təşkil edib. Baza gələcəkdə regiondakı güc balansı və geosiyasi mübarizələr baxımından kritik əhəmiyyət daşıyır.

Aytən Yaşar/ Turkustan.az