İsveçin Baş naziri Ulf Kristersson ABŞ ilə Qrenlandiya məsələsi ilə bağlı mübahisə etmədiklərini, sadəcə fikirlərini ifadə etdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Kristersson İsveç Milli Təhlükəsizlik Şurası ilə görüşdən sonra mətbuat konfransı keçirib.
Kristersson bildirib ki, İsveç ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planlarına qarşı çıxan ölkələr arasındadır və əlavə edib ki, ABŞ əlavə tariflər tətbiq etməklə hədələyir, ölkəsi isə Danimarkanı dəstəkləyir.
İsveç Baş naziri prosesin ABŞ ilə münasibətlərə zərər verdiyini bildirərək dedi: "Biz ABŞ ilə mübarizə aparmırıq, fikirlərimizi ifadə edirik. Bunlar etibara xələl gətirən səhvlər idi. Düşünürəm ki, ABŞ etibara vurduğu zərərin miqyasını az qiymətləndirir".
Kristersson İsveç hökumətinin Arktika müdafiəsinin tikintisində iştirak etməyi təklif etdiyini bildirərək əlavə etdi: "İndi rahat yatıram".
Aytən Yaşar/ Turkustan.az