“Bu günlərdə ən çox verilən sual ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası”nın nə olduğu və Azərbaycanın daxil edilməsinin məqsədi ilə bağlıdır”.
Turkustan.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sosial media hesabında yazıb.
O qeyd edib ki, indiyə qədər heç kim bunun yeni BMT üçün prototip, yoxsa sadəcə Qəzza müqavilələrinin həyata keçirilməsini təmin etmək üçün bir layihə olduğunu dəqiq deyə bilmir:
“Ümumiyyətlə, “Şura” ilə bağlı vəziyyət dinamikdir. Azərbaycanın maraqları və məqsədlərindən danışarkən isə köhnə bir deyim yada düşür: “Şam yeməyində iki cür iştirak edə bilərsiniz: ya ziyafətdə tam hüquqlu iştirakçı kimi, ya da menyunun bir hissəsi kimi…”
Beləliklə, meydanda ehtiyat oyunçu kimi deyil, oyunçu kimi olmalısınız. Yeri gəlmişkən, sözügedən quruma hamı dəvət olunmur”.
Qeyd edək ki, 16 yanvarda ABŞ prezidenti Donald Qəzza Sülh Şurasının yaradıldığını elan edib. Yanvarın 21-də isə rəsmi Bakı da “Qəzza üzrə Sülh Şurası”na qoşulacağını açıqlayıb./Globalinfo.az