Tramp: İrana doğru gedən böyük bir donanmamız var


Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) iştirak edən ABŞ prezidenti Donald Tramp Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Tramp İranla bağlı açıqlamasında böyük bir hərbi donanmanın İrana doğru hərəkət etdiyini bildirib.

ABŞ prezidenti deyib: “İrana doğru irəliləyən böyük bir qüvvəmiz var. Heç bir şeyin baş verməsini istəmirəm, lakin onları diqqətlə izləyirik”.

Tramp əlavə edib ki, ABŞ-ın güclü bir armadası mövcuddur: “Böyük bir donanma İrana doğru irəliləyir. Ola bilsin ki, ondan istifadə etmək məcburiyyətində qalmayaq. Görəcəyik”.

ABŞ prezidenti İranla işgüzar əlaqələr quran ölkələrə 25 faiz həcmində tarif tətbiq ediləcəyi qərarını da bir daha xatırladaraq, “Bu qərar tezliklə qüvvəyə minəcək”, – deyə bildirib.

İranda iqtisadi problemlər səbəbindən baş verən etirazlar zamanı ölənlərin sayı ilə bağlı suala cavab verən Tramp isə dəqiq rəqəmlərin məlum olmadığını, bunu hazırda heç kimin tam şəkildə bilmədiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ