Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb.
Turkustan.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir ki, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar Əbu-Dabidə rəsmi olaraq başlayıb.
Bəyanatda qeyd olunub ki, böhrana siyasi həll yolu tapmaq üçün dialoq səylərini dəstəkləmək məqsədi daşıyan bu danışıqların iki gün davam etməsi planlaşdırılır.
Bu danışıqlar, ABŞ Prezidenti Donald Trampın illərdir davam edən müharibəyə son qoymaq məqsədi daşıyan təşəbbüsünün bir hissəsi olaraq, Moskva ilə Kiyev arasında ilk açıq və birbaşa əlaqə kimi qeyd edildi.
BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan da ölkəsinin üçtərəfli danışıqlara ev sahibliyi etməkdən məmnun olduğunu bildirib və bu təmasların illərdir davam edən və ciddi humanitar nəticələrə səbəb olan böhranın sona çatması üçün konkret addımların atılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az