Böyük Britaniyada polis və cinayətkarlıqla mübarizə üzrə komissar barəsində araşdırma aparılır. Səbəb onun qadın həmkarından Rusiya Prezidenti Vladimir Putinin məşhur at üstündə və köynəksiz fotosuna bənzər formada şəklini çəkməsini xahiş etməsidir.
Turkustan.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, Lesterşir və Rutlənd polis komissarı Rupert Mettyus həmkarına elektron məktub göndərərək, seçki kampaniyası üçün fotosessiyanın təşkilinə kömək etməyi xahiş edib.
Mesaj müvafiq polis qurumuna göndərilsə də, idarə burada cinayət əməlinin törədildiyini göstərən heç bir dəlil tapmayıb./teleqraf

