Adnan Oktarın "varisi" də həbs edildi - SƏBƏB


Adnan Oktar Cinayət Təşkilatı kimi tanınan qanunsuz qruplaşmanın əsas fiqurlarından biri və Oktarın "varisi" kimi tanınan Serdar Dayanık həbs edilib.

Turkustan.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Dayanık Bodrumun Gümbet məhəlləsində gizləndiyi evdə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Serdar Dayanık İstanbul Ağır Cinayət Məhkəməsi tərəfindən "ağır cinsi təcavüz" ittihamı ilə axtarışa verilib və bu ittihamla bağlı 22 il 6 ay həbs cəzası alıb.


MANŞET XƏBƏRLƏRİ