ABŞ-da 1000-dən çox uçuş ləğv edildi


Bütün ABŞ-ı əhatə edən qar fırtınası səbəbindən ölkə daxilində 1000-dən çox uçuş ləğv edilib.

Turkustan.az xəbər verir ki, CNBC-nin məlumatına görə, bütün ölkəni təsir edən və şiddətlənməsi gözlənilən soyuq hava şəraiti hava səyahətlərinə də təsir edib.

FlightAware-in məlumatına görə, bu gün üçün planlaşdırılan 400-dən çox uçuş ləğv edilib, sabah üçün planlaşdırılan 1325 uçuş da ləğv edilib.

Ləğv edilmiş reyslərin əksəriyyəti Texas ştatının Dallas Fort-Uort Beynəlxalq Hava Limanından idi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ