Zelenski: Donbas məsələsini Əbu-Dabidə müzakirə edəcəyik


Ukrayna mediasının məlumatına görə, Avropa ölkələrində təmaslarını davam etdirən Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün davam edən danışıqlarla bağlı sosial media vasitəsilə jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Zelenski xatırladıb ki, Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri bu gün Əbu-Dabidə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşəcəklər.

Zelenski bildirib ki, Ukraynanı bu danışıqlarda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Kirilo Budanov və hakim Xalq Xidmətçisi Partiyasının parlament qrupunun rəhbəri David Araxamiya təmsil edəcək. O əlavə edib ki, Ukraynadan diplomatlar və hərbi qulluqçular da iştirak edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ