Tramp əlindəki göyərmənin sirrini açıqladı: Hər gün yüksək doza…


ABŞ prezidenti Donald Tramp Davosda diqqət çəkən sol əlindəki nəzərəçarpacaq dərəcədə göyərməni yüksək aspirin qəbulu ilə əlaqələndirib.

Turkustan.az xəbər verir ki, ABŞ-a qayıdarkən Air Force One-da jurnalistlərə danışan Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda masaya çırpılaraq göyərmənin yarandığını bildirib. Tramp aspirin dozasının onun asanlıqla göyərməsinə səbəb olduğunu qeyd edib.

ABŞ prezidenti dedi: "Deyirlər ki, 'Əgər ürəyini sevirsənsə, aspirin qəbul et, amma göyərmə istəmirsənsə, aspirin qəbul etmə. Mən böyük ölçülü aspirin qəbul edirəm" və əlavə etdi:

"Həkim dedi ki, 'Bunu qəbul etməyinizə ehtiyac yoxdur, cənab. Siz tamamilə sağlamsınız.' Mən də cavab verdim ki, 'Heç bir risk etmək istəmirəm.'

Ağ Evin sözçüsü Karolin Livitt verdiyi açıqlamada Trampın Sülh Şurasının elanı zamanı təsadüfən əlini imza masasının küncünə vurduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ