ABŞ prezidenti Donald Trampın İrana doğru böyük bir hərbi qüvvənin hərəkət etdiyini söyləməsindən sonra Çin hər tərəfdən "təmkinlilik" tələb etdi.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakuon Pekində keçirilən müntəzəm mətbuat konfransında ABŞ-ın İrana böyük hərbi qüvvə göndərdiyinə dair məlumatlarla bağlı sualı cavablandırıb.
Çinin bütün tərəflərin sülhə dəyər verəcəyinə ümid etdiyini ifadə edən sözçü Guo, tərəfləri "təmkinli davranmağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə" çağırdı.
Quo Çinin İranın milli sabitliyini qoruyub saxlayacağına ümid etdiyini vurğuladı.
Aytən Yaşar/ Turkustan.az