Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la Təhlükəsizlik Zəmanətləri Sazişinin imzalanmağa hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “LB.ua” nəşri məlumat yayıb.
“Prezident Tramp və onun komandası ilə həqiqətən də müsbət görüş keçirdik. Mən hava hücumundan müdafiə məsələsini qaldırdım və düşünürəm ki, ABŞ müsbət nəticə ilə geri dönəcək.
Ukrayna ilə bağlı nəticə əldə olunanda bu barədə ictimaiyyətə məlumat verəcəyəm. İndi Prezident Trampdan tarixi və yeri gözləyirəm”, – Zelenski qeyd edib./Globalinfo.az