İrandakı hadisələrdə ölənlərin sayı 5000-i keçdi


ABŞ-da yerləşən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi, İranda iqtisadi problemlər səbəbindən başlayan və ölkə daxilində yayılan etirazlarda ölənlərin sayının 5000-i keçdiyini açıqladı.

Turkustan.az xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif yerlərində baş verən hadisələr nəticəsində 26.752 nəfər saxlanılıb. Nümayişlər zamanı baş verən toqquşmalarda 207 təhlükəsizlik işçisi də daxil olmaqla 5002 nəfər həyatını itirib.

HRANA dünən ölənlərin sayının 4902-yə çatdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ