Vitkoff sabah Rusiya prezidenti Putinlə görüşəcək


ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff yanvarın 22-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Vitkoff, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində Bloomberg-ə verdiyi müsahibədə Putinlə görüşün sabah planlaşdırıldığını bildirib.
Görüşün Rusiya tərəfinin xahişi ilə təşkil olunduğunu bildirən Vitkoff, "Bu axşam yola düşəcəyik və gecə gec saatlarda Moskvaya çatacağıq. Ruslar bizi dəvət etdilər və bu, onlar üçün vacibdir" dedi.

Vitkoff qeyd edib ki, Tramp "sülh razılaşmasına diqqət yetirir" və Moskvaya səfərindən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "işgüzar səfər" də planlaşdırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ