ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd təhdidi iddiası Vaşinqtonda təhlükəsizlik qüvvələrini ayağa qaldırıb.
Turkustan.az xəbər verir ki, Ağ Evin yaxınlığında saxlanılan şəxsin avtomobilində "AR-15" və "MAC-10" tipli odlu silahlar, eləcə də çoxlu sayda sursat aşkar edilib. Trampı öldürməklə hədələdiyi iddia edilən şübhəli sui-qəsdə cəhd ittihamı ilə həbs olunub.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) və məhkəmə sənədlərinin məlumatına görə, hadisə cümə axşamı gecəsi yerli vaxtla saat 23:42-də baş verib. Məxfi Xidmət agentləri şübhəli davranış səbəbindən Ağ Ev kompleksinin yaxınlığında — Konstitusiya prospektində dayanmış mavi "Ford F-150" pikapına yaxınlaşıblar.
26 yaşlı Venesuela vətəndaşı Ronni Yordrix Quanipa Krinos Ağ Evin yaxınlığında park edilmiş avtomobilində yatarkən saxlanılıb. İfadə verən şübhəli beyinində Trampı öldürməyi əmr edən səslər eşitdiyini bildirib. Onun avtomobilində "AR-15" tüfəngi, "MAC-10" və "Glock 43X" tapançaları, həmçinin xeyli sayda döyüş sursatı tapılıb.
Aytən Yaşar/ Turkustan.az