Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin qurulmasının, sərbəst hərəkətin və ticarətin genişləndirilməsinin regionda sülhün təmin olunmasında mühüm rol oynadığını bildirib.
Turkustan.az xəbər verir ki, Qriqoryan bu barədə 2026-cı il Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən “Sülh və təhlükəsizlik: regional dəyişən reallıqlar” adlı müzakirədə danışıb.
Onun sözlərinə görə, Ermənistan özünün bir ərazisindən digərinə hərəkət etmək imkanına malikdirsə, eyni imkan qonşu Azərbaycana da yaradılmalıdır.
“Əgər azərbaycanlı bir yerdən başqa yerə getməlidirsə, bu, bizim üçün qəbuledilməz, yolverilməz və anlaşılmaz bir haldır. Bəs nə üçün biz bir yerdən başqa yerə köçmək imkanına malik olaq, amma qonşu ölkəmizin belə bir imkanı olmasın?” – deyə Qriqoryan vurğulayıb.
Erməni rəsmisi TRIPP layihəsinin və Azərbaycanla ticarət əlaqələrinin əhəmiyyətinə də toxunub.
“Mənim qənaətimə görə, məhz TRIPP layihəsi və bu gün Azərbaycanla ticarət aparmağımız böyük əhəmiyyət daşıyır. Sülhün təzahürlərindən biri də ticarət və ortaq maraqlara malik olmaqdır”, – deyə o bildirib.
Qeyd edək ki, TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihənin reallaşması regionda nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. /Globalinfo.az/