ABŞ-dan İranla bağlı 20 milyon dollarlıq təklif


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollara qədər mükafat və mümkün köçürülmə imkanı təklif etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, CENTCOM ABŞ-da yerləşən X sosial şəbəkəsindəki hesabında yayımladığı açıqlamada bu təşəbbüsün “Ədalət üçün mükafatlar” proqramı çərçivəsində həyata keçirildiyini bildirib.

Açıqlamada qeyd olunub ki, İranın nüvə proqramı ilə əlaqəli obyektlər, avadanlıqlar və şəxsi heyət barədə məlumat verən şəxslər pul mükafatı və ya mümkün köçürülmə imkanından yararlana bilərlər.

CENTCOM məlumatların paylaşılması üçün “Ədalət üçün mükafatlar” proqramının rəsmi saytına da keçid verib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ