ABŞ Yaxın Şərqdəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı etdi


ABŞ bölgədə gərginliyin artma ehtimalı ilə əlaqədar İraq, Yəmən, İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, İordaniya və Livan da daxil olmaqla Yaxın Şərq ölkələrindəki vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığını yeniləyib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki səfirlikləri İranın dəstəklədiyi Husi üsyançılarının Səudiyyə Ərəbistanındakı mülki hava limanlarına və mühüm infrastruktur obyektlərinə hücumlarını əsas gətirərək, münaqişənin sürətlə genişlənə biləcəyi barədə xəbərdarlıq ediblər.

Bu çərçivədə adıçəkilən ölkələrdə yaşayan ABŞ vətəndaşlarına olası nəqliyyat axsamaları, hava məkanının qapanması və uçuşların ləğvi kimi hallara qarşı diqqətli olmaq tövsiyə edilib.

Bəyanatda həmçinin İran və ona bağlı qruplaşmaların ABŞ-ın yüksək vəzifəli rəsmilərini, eləcə də regiondakı Amerika təşkilatlarını hədəf ala biləcəyi vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ