ABŞ prezidenti Donald Tramp İrana qarşı hücumları müdafiə edərək, baş verənlərin müharibə kimi qiymətləndirilməməli olduğunu bildirib. O, hətta ABŞ-ın hazırkı mövqeyini “işğalçı mövqe” kimi xarakterizə edib.
Turkustan.az xəbər verir ki, Tramp Florida ştatındakı NASA-nın Kennedi Kosmik Mərkəzindəki çıxışından sonra jurnalistlərin suallarını cavablandırıb.
ABŞ prezidenti Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanı müharibə adlandırsa da, İrana qarşı hərbi əməliyyatlara fərqli yanaşdığını bildirib.
Tramp iddia edib ki, altı ay ərzində heç kimin xəsarət almadığı bir vəziyyəti müharibə adlandırmaq olmaz. O, fikrini belə ifadə edib:
“Bəlkə də biz sadəcə işğalçı mövqedəyik. Çünki Hörmüz boğazı bizim nəzarətimizdədir. Hazırda Hörmüz boğazından tarixinin heç bir dövründə olmadığı qədər çox neft çıxarırıq”.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabr ayında ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə həlak olan amerikalı hərbçilərin sayının 23-ə çatdığını açıqlayıb.
Aytən Yaşar/Turkustan.az