ABŞ-ın vitse-prezidenti JD Vance-in son iki həftə ərzində İranla yeni atəşkəs əldə etmək və nüvə danışıqlarını bərpa etmək məqsədilə aparılan dolayı danışıqlarda iştirak etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, bu barədə Amerikanın “Axios” xəbər platforması məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Vens Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani, Pakistan Ordusunun Qərargah rəisi marşal Asim Munir və digər vasitəçilər vasitəsilə iranlılarla demək olar ki, hər gün əlaqə saxlayıb.
ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşner də danışıqlar prosesində iştirak ediblər.
Mənbələrin bildirdiyinə görə, Vens və vasitəçilər yaxın günlərdə tərəflər arasında işçi səviyyəsində texniki görüşün keçirilməsini müzakirə ediblər. Lakin bu görüş hələ reallaşmayıb.
Aytən Yaşar/Turkustan.az