İstanbul parkında Şəhidlərimizin xatirəsinə 44 fidan əkildi


Dünən İstanbulun Bağcılar rayonunda yerləşən Azərbaycan Dostluq Parkında 44 günlük Vətən Savaşında Şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş 44 fidan əkmə mərasimi keçirildi.

Turkustan.az xəbər verir ki, ilk öncə hər iki Dövlətin himnləri səsləndirildi.

No description available.

Zamin Əliyev

Daha sonra mərasimdə çıxış edən Azərbaycan Respublikasının İstanbul Baş Konsulu Zamin Əliyev çıxış edərək bildirdi ki: "Bağcılar Bələdiyyəsinin sədri Yasin Yıldız və bələdiyyə çalışanlarına belə bir anlamlı mərasimə ev sahibliyi etdikləri üçün təşəkkür edirəm. Çünki insanlarımız hər buradan keçdiyində son zəfərimiz olan Qarabağ Zəfərinin anlamını dərk edəcək və əziz Şəhidlərimizi sayqıyla yad edəcəklər. Xüsusilə də uşaqlarımız bu şanlı tarixi qələbəni hər zaman xatırlayaraq necə böyük bir millətin nümayəndəsi olduqlarını bilməlidirlər. 8 Noyabr sadəcə hərbi qələbənin ildönümü deyil, milli iradənin, birlik və bərabərliyin simvoludur. Ali Baş Komandan cənab İ. Əliyevin rəhbərliyi altında 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu, igidlərimiz tarixi qələbə qazanaraq, torpaqlarımızı düşmən işğalından azad etmişlər və 2023-cü ilin Sentyabr ayında həyata keçirilən bir günlük antiterror əməliyyatları dövlətimizin tarixinə qızılı həriflərlə yazılmışdır. Düşünürəm ki, Qarabağ Zəfəri bütün Türk Dünyasının qələbəsidir. Bu gün bizə düşən vəzifə Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək və gələcək nəsillərə sülh və güvən içində bir ölkə miras qoymaqdır. Bu günkü bu ortaq təşəbbüsümüz də keçmişə vəfanın, gələcəyə ümidin ən gözəl təzahürüdür".

No description available.

Əli Ərdoğan

Bu anlamlı mərasimin təşkil edilməsində böyük əməyi olan Bağcılar Bələdiyyəsinin sədr müavini Əli Ərdoğan "Türküstan"a açıqlamasında qeyd etdi ki: "Öncəliklə bu gün hamımız üçün çox önəmli bir gündür, Zəfərimizin altıcı ilində əziz Şəhidlərimizə olan vəfa duyğumuzu bu gün burada 44 fidanımızı torpaqla görüşdürməklə ifadə etdik. Biriləri qardaşlığımızı hər nə qədər yaralamağa çalışsa da dost və qardaş ölkə Azərbaycanla olan dostluğumuz daha da güclənərək davam edəcək, burada əkdiyimiz bu fidanlar da qardaşlığımızın möhkəmlənməsinə vəsilə olacaq".

Yaqut Misirxanlı
İstanbul

No description available.No description available.


MANŞET XƏBƏRLƏRİ