ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması ilə bağlı “böyük razılaşma”nın əldə edilməsinin yaxın olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, gözlənilən saziş yalnız Ukraynanı deyil, bütün Avropanı əhatə edən məsələlərlə bağlı olacaq.
Tramp bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Ağ Evdə keçirdiyi görüşdən sonra verib.
ABŞ prezidenti Dmitriyevlə uzun və ətraflı müzakirələr apardığını bildirərək, danışıqların yalnız Ukraynadakı müharibənin dayandırılmasına yönəlmədiyini qeyd edib.
Tramp yaxın vaxtlarda imzalanmasını gözlədiyi sazişin təfərrüatlarını hələlik açıqlamaq istəmədiyini deyib. O, şərtlər ictimaiyyətə təqdim edildikdən sonra hər kəsin razı qalacağını iddia edərək, bunu “gözəl bir razılaşma” adlandırıb.
Respublikaçıların aralıq Konqres seçkilərində məğlubiyyətindən sonra yenidən Rusiya-Ukrayna müharibəsinə diqqət ayıran Tramp Moskva ilə razılaşmanın əldə olunmasının yaxın olduğunu iddia edib.
Onun sözlərinə görə, müzakirə olunan plan Rusiyadan Avropaya enerji tədarükünün iqtisadi əsaslarla bərpasını, eləcə də Avropanın təhlükəsizlik arxitekturasının siyasi və hərbi baxımdan yenidən formalaşdırılmasını nəzərdə tutur.
Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Ağ Evdə uzun və ətraflı müzakirələr aparıb. O, Ukraynada sülhün əldə olunmasının yaxın olduğunu vurğulasa da, danışıqların yalnız müharibənin başa çatmasına yönəlmədiyini qeyd edib.
ABŞ Prezidenti yaxın vaxtlarda imzalanmasını gözlədiyi sazişin təkcə Ukraynanı deyil, bütün Avropanı əhatə edəcəyini bildirib.
Tramp razılaşmanın təfərrüatlarını hələlik açıqlamaq istəmədiyini deyib. O, şərtlər ictimaiyyətə təqdim olunduqdan sonra hər kəsin bundan məmnun qalacağını iddia edərək, gözlənilən sazişi “gözəl bir razılaşma” adlandırıb.
Aytən Yaşar/Turkustan.az