Türkiyə Parlamentinin Böyük Məclisində kritik səsvermə keçirildi. Səsvermənin mövzusu Türkiyə Silahlı Qüvvələrinin (TSK) dəniz qüvvələrinin xaricdə yerləşdirilməsi idi.
Turkustan.az xəbər verir ki,Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi , Somali ərazi suları və dəniz əraziləri, Ərəb dənizi və ətraf bölgələrdəki missiyasının daha bir il uzadılması ilə bağlı prezident fərmanı Türkiyə Parlamentinin Böyük Məclisində müzakirəyə çıxarılıb.
Təklif AK Partiya, CHP, MHP, İYİ Partiyası və Yeni Yolun səsləri ilə təsdiqləndi, DEM Partiyası isə "yox" səsi verdi. Bu qərarla türk əsgərləri daha bir il Ədən körfəzində və Somali ərazi sularında xidmət edəcəklər.
Aytən Yaşar/ Turkustan.az