Tramp Makronun məktubunu paylaşdı: Parisdə şam yeməyi yeyək


ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrondan aldığı mesajların ekran görüntülərini Truth Social sosial media platformasında paylaşıb.

Turkustan.az xəbər verir ki, paylaşımda Makronun Trampa Davosdan sonra cümə axşamı günü Parisdə görüş təşkil etməyi təklif etdiyi görünür.

Makronun Trampa göndərdiyi mesajda belə deyilir:

“Dostum,

Suriya məsələsində tamamilə eyni fikirdəyik.
İranla bağlı da birlikdə çox yaxşı işlər görə bilərik.
Qrenlandiya ilə bağlı nə etdiyinizi başa düşmürəm.
Gəlin birlikdə yaxşı bir şey qurmağa çalışaq.
Davosdan sonra cümə axşamı günortadan sonra Parisdə G7 formatında görüş təşkil edə bilərəm. Danışıqlara ukraynalıları, danimarkalıları, suriyalıları və rusları dəvət edə bilərəm.
ABŞ-a qayıtmazdan əvvəl cümə axşamı Parisdə birlikdə şam yeməyi yeyək.

Emmanuel”

.png

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ