Almanlar Trampı NATO üçün təhlükə hesab edir - SORĞU


ABŞ prezidenti Donald Trampın xarici siyasəti Almaniyada ciddi narahatlıq doğurur.

Turkustan.az xəbər verir ki, ZDF ictimai yayımçısı tərəfindən 13–15 yanvar tarixləri arasında 1 245 nəfərin iştirakı ilə aparılan sorğuya əsasən, respondentlərin 78 faizi Trampın siyasətinin NATO-nun mövcudluğunu təhlükə altına saldığına inanır. Yalnız 18 faiz bu fikirlə razılaşmadığını bildirib.

Sorğuda ABŞ-ın beynəlxalq hüquqa məhəl qoymadan digər ölkələrə hərbi müdaxilə etməsi ehtimalı da araşdırılıb. İştirakçıların 69 faizi bu halda Avropa İttifaqının açıq şəkildə ABŞ-a qarşı çıxmalı olduğunu düşünür. Respondentlərin 22 faizi AB-nin neytral qalmasını istəyib, cəmi 5 faizi isə ABŞ-ın dəstəklənməsinin tərəfdarı olub.

ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi məsələsində isə alman cəmiyyəti iki yerə bölünüb. Respondentlərin 37 faizi İranda İslam rejiminin devrilməsi məqsədilə ABŞ-ın hərbi müdaxiləsini dəstəklədiyini bildirib, eyni faizdə iştirakçı isə buna qarşı çıxıb. 13 faiz bitərəf mövqe nümayiş etdirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ