G7 İrandakı etirazlarla bağlı bəyanat yaydı


İranda davam edən etirazlarla bağlı G7 ölkələri birgə bəyanatda bildiriblər ki, "Cəsur İran xalqına qarşı artan qəddar repressiyalara qəti şəkildə qarşıyıq".

Turkustan.az xəbər verir ki, G7 xarici işlər nazirləri etirazların davam etdiyi İrana qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazır olduqlarını bildiriblər.

G7 xarici işlər nazirləri və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın birgə bəyanatında İranda davam edən etiraz aksiyalarından son dərəcə narahat olduqları bildirilib.

"2025-ci ilin dekabr ayının sonundan etibarən daha yaxşı həyat, ləyaqət və azadlıq üçün qanuni istəklərini ifadə edərək cəsarət göstərən İran xalqına qarşı İran hakimiyyəti tərəfindən amansız repressiyaların artmasına qəti şəkildə qarşıyıq" deyilən bəyanatda ölkədə bildirilən yüksək ölüm və yaralanma sayı ilə bağlı narahatlıq vurğulanıb.

Bəyanatda deyilir: "Biz etirazçıların qəsdən zorakılıqdan istifadəsini və öldürülməsini, onların özbaşına həbsini və təhlükəsizlik qüvvələri tərəfindən qorxutma taktikalarına məruz qalmasını qınayırıq" və İranı "təmkinli olmağa" çağırırıq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ