ABŞ Venesuela neftinin ilk partiyasını 500 milyon dollara satdı


ABŞ müsadirə etdiyi Venesuela neftinin ilk partiyasını 500 milyon dollar məbləğində satıb.

Turkustan.az xəbər verir ki, bu barədə informasiyanı "Semafor" portalı öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, neft satışından əldə edilən gəlir ABŞ-ın nəzarətində olan bank hesablarında saxlanılır və bu hesabların əsas mərkəzi Qətərdədir.

Portala danışan adının açıqlanmasını istəməyən amerikalı rəsminin sözlərinə görə, Qətər Vaşinqton üçün neytral maliyyə platforması hesab olunur və bu da vəsaitlərin təhlükəsiz şəkildə köçürülməsi və saxlanmasına, onların mümkün müsadirə riskindən qorunmasına imkan verir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ