Trampdan İranla bağlı açıqlama: “Edamlar dayandırılıb”


ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlamasında bildirib ki, ölkədə edamların dayandırıldığına dair məlumat alıblar.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, hazırda heç bir edam planı və ya icrası yoxdur. Tramp qeyd edib ki, belə bir hal baş verərsə, bunun hamını kədərləndirəcəyini düşünür, lakin ona verilən məlumata əsasən edamlar dayandırılıb.

Donald Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırıb.

İrana hərbi hücum variantının müzakirə edilib-edilmədiyi ilə bağlı suala cavab verən Tramp deyib ki, hadisələrin gedişi izlənilir və baş verənlərlə bağlı məlumatlı şəxslərdən ətraflı izahatlar alınıb.

Bildirək ki, ABŞ-ın İrana mümkün hücumu ilə bağlı xəbərlərin artmasından sonra bir sıra ölkələr təhlükəsizlik tədbirləri görməyə başlayıb. İtaliya və Polşa vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ