Tramp: İranda xalq bəzi şəhərlərə nəzarəti ələ keçirir!


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Amerika neft şirkətlərinin yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti burada cari məsələlərlə bağlı açıqlamalar verdi.

İranda davam edən etirazlar barədə danışan Donald Tramp deyib: "İran ciddi çətinliklərlə üzləşib. Mənə elə gəlir ki, bəzi şəhərlərdə xalq nəzarəti ələ keçirir. Bir neçə həftə əvvəl heç kim bunun mümkün olduğunu düşünməzdi".

ABŞ prezidenti dedi: "Mən bunu açıq şəkildə bildirdim. Əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, biz müdaxilə edəcəyik. Onlara sərt zərbələr endirəcəyik. Bu, quru əməliyyatı demək deyil. Bu o deməkdir ki, biz onlara sərt zərbələr endirəcəyik."

Donald Tramp etirazçılara zorakılıqla qarşılanmamalı olduğunu bildirərək dedi: "İran liderlərinə deyirəm: Atışmağa başlamayın. Əgər başlasanız, biz də atışmağa başlayacağıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ