Özəl üçün beş dəqiqə belə ayırmadı; Dəməşqdə Şara ilə görüşdü


Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər ediblər.

Turkustan.az xəbər verir ki, Kosta və Leyen Dəməşqdəki Xalq Sarayında Suriya prezidenti Əhməd Şara ilə görüşüblər. Görüşdə Suriya ilə Aİ arasında əməkdaşlıq, Suriyanın yenidən qurulması, Suriyada və regionda sabitlik və Avropadakı suriyalı qaçqınlarla bağlı məsələlər müzakirə olunub.

Tərəflər Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini və Suriya xalqının maraqlarına xidmət edəcək və Aİ ilə balanslı və konstruktiv tərəfdaşlığın qurulmasını dəstəkləyəcək siyasi dialoqun genişləndirilməsinin vacibliyini vurğuladılar.

Avropa Birliyi Şurasının sədri Antonio Kostanın Şara ilə Dəməşqdə görüşü ilə bağlı CHP lideri Özgür Özəl əvvəllər "O, bizimlə 5 dəqiqə belə görüşmədi" demişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ