Pezeşkian tənqidlərə Azərbaycan dilində atalar sözü ilə cavab verdi – VİDEO


Bu gün İran Prezidenti Məsud Pezeşkian “İslam şuralarının mövqeyi və xalqın konstitusiyada iştirakı” mövzusunda keçirilən konfransda çıxış edərək, ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, məlumatı “Azad İran” “Telegram” kanalı yayıb.

M.Pezeşkian deyib ki, tənqidlərə qulaq asıb və onları dinləyib, lakin indi özünün danışmaq vaxtıdır.

“Siz danışdınız, tənqid etdiniz, mən də qulaq asdım. Ancaq mən tənqid etməyə başlayanda siz də qulaq asın. Dediklərimə üz turşutmaq lazım deyil”, – prezident vurğulayıb.

Pezeşkian çıxışının davamında onu tənqid edənlərə Azərbaycan dilində: “Adını qoydum Rəşid – birini de, birini eşit”, – atalar sözü ilə cavab verib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ