Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına mümkün hücumla bağlı yayılan məlumatlardan sonra Avropa Birliyi liderləri ilə telefon danışıqları aparıb.
Turkustan.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat verib.
Ukrayna liderinin ilk telefon danışığı Almaniya kansleri Fridrix Merzlə olub. Zelenski Novqorod vilayətində baş verdiyi iddia edilən insidentlə bağlı məsuliyyəti üzərinə götürmədiyini bildirib və alman həmkarına verdiyi məsləhətlərə görə təşəkkür edib.
Daha sonra Zelenski Latviya Prezidenti Edqars Rinkeviçsə zəng edərək, 2022-ci ildən etibarən Ukraynaya göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Telefon danışığı zamanı Ukrayna dövlət başçısı latviyalı həmkarını Kiyevə rəsmi səfərə dəvət edib.
Zelenski Finlandiya Prezidenti Aleksandr Stubbla da əlaqə saxlayıb. Danışıq zamanı Avropada planlaşdırılan görüşlərə hazırlıq məsələləri müzakirə olunub. /Globalinfo.az/