Rusiyanın Sverdlovsk vilayətində məhkəmə Yekaterinburqda əvvəlki illərə aid qətl işləri üzrə təqsirləndirilən üç azərbaycanlının həbs müddətini uzadıb.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidməti yayıb.
Azər Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin “z” və “j” bəndləri üzrə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qətl, sifarişli qətl və sifarişli qətlə cəhd ittihamları ilə mühakimə olunurlar.
Məhkəmənin qərarına əsasən, onların barəsində seçilmiş həbs qətimkan tədbiri 2026-cı il martın 29-dək uzadılıb. Qərar qanuni qüvvəyə minməyib və tərəflərin onu üç gün müddətində apellyasiya qaydasında şikayət vermək hüququ var. /modern.az/