Belçikada Rusiya ilə əlaqəli hakerlərin dövlət qurumlarına hücumları artıb


Avropa Birliyi (AB) və NATO qurumlarına ev sahibliyi edən Belçikada Rusiya ilə əlaqəli haker qruplarının dövlət qurumlarını hədəf aldığı bildirilib.

Turkustan.az xəbər verir ki, İngilisdilli Brussels Times qəzetinin məlumatına görə, Belçika Kibertəhlükəsizlik Mərkəzi adından vacib infrastrukturu izləyən kibertəhlükəsizlik şirkəti Secutec, dekabr ayında federal və yerli hökumət orqanları da daxil olmaqla müxtəlif qurumları hədəf alan Rusiyapərəst haker qrupları tərəfindən təxminən 1250 hücum aşkar edib.

Bu rəqəm əvvəlki aya nisbətən 190 faizdən çox artım deməkdir.
Hücumların heç birinin uğurlu olduğu bildirilməsə də, federal parlamentin veb saytının, eləcə də nüvə və enerji sektorlarında fəaliyyət göstərən bəzi şirkətlərin hədəfə alındığı qeyd edildi.

Secutec xəbərdarlıq edib ki, hökumət qurumlarından enerji və nüvə sektorlarına hücumların genişlənməsi təhlükəli eskalasiya siqnalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ