Zelenski: Oreşnik Avropa ölkələri üçün təhdiddir


Ukrayna Prezidenti Vladimir Zelenski "Oreshnik" ballistik raketi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Zelenski raket sisteminin Belarusda harada yerləşdiriləcəyini bildiklərini və bu məlumatı tərəfdaşları ilə paylaşdıqlarını bildirib.

Zelenski "Oreshnik" sisteminin əməliyyat imkanlarını vurğulayaraq, onun Almaniya və Polşa da daxil olmaqla bir çox Avropa ölkəsi üçün təhlükə yaratdığını bildirib.

Ukrayna prezidenti Zelenski "Oreshnik" sisteminin dronlarla ələ keçirilə bilməyəcəyini bildirərək, onun istehsalında istifadə olunan komponentləri istehsal edən şirkətlərə qarşı sanksiyaların tətbiq olunmasına çağırıb. Zelenski qeyd edib ki, bu şirkətlər Avropada və digər ölkələrdə yerləşir və onlara qarşı heç bir sanksiya tətbiq olunmadığını əlavə edib.

"Oreshnik" ballistik raketi haqqında ətraflı məlumat mövcud olmasa da, onun RS-26 "Rubej" ballistik raketinin bir qədər daha təkmilləşdirilmiş versiyası olduğuna inanılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ