"Əgər hörmət göstərsələr, başqa əməliyyatlar olmayacaq" - Putin


Rusiya Prezidenti Vladimir Putin Qərbin ölkəsinə hörmət göstərəcəyi təqdirdə Rusiyanın bundan sonra hərbi əməliyyatlara başlamayacağını bildirib.

Turkustan.az xəbər verir ki, həmçinin qeyd edib ki, “Biz həm Britaniya, həm də Avropa ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurmağa hazırıq”.

Turkustan.az xəbər verir ki, Putin bu fikirləri ölkə üzrə televiziya və radioda birgə yayımlanan illik mətbuat konfransı və “Birbaşa Xətt” formatında keçirilən “İlin Yekunları” proqramı zamanı jurnalistlərin və ictimaiyyətin suallarını cavablandırarkən səsləndirib.

Moskvanın “Qostini Dvor” mərkəzində keçirilən və təxminən 4,5 saat davam edən proqramda Rusiya lideri daxili və xarici siyasətə dair təxminən 3 milyon sualdan 80-nə cavab verib.

NATO-nun baş katibi Mark Ruttenin Rusiya ilə mümkün müharibəyə hazırlaşmaqla bağlı açıqlamalarını tənqid edən Putin deyib:
“Oxumağı bilirsinizmi? ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını oxuyun. NATO-nun əsas sponsoru və qurucusu olan ABŞ-ın yeni təhlükəsizlik strategiyasında Rusiya əsas təhdid və ya düşmən kimi göstərilmir. Amma NATO-nun baş katibi bizimlə müharibəyə hazırlaşdıqlarını deyir. Bu nə deməkdir? Əgər NATO-nun ən vacib ölkəsi bizi düşmən və ya rəqib kimi görmürsə, NATO-nu Rusiya ilə müharibəyə necə sürükləmək olar?”

Putin Qərbin öz səhvlərini ört-basdır etmək üçün Rusiyanı düşmən kimi təqdim etdiyini iddia edib və Rusiyanın Avropaya hücum etmək niyyətində olmadığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ