1003 əsgərin cəsədi Ukraynaya geri qaytarıldı


Həlak olan Ukrayna əsgərlərinin 1003 cəsədi Ukraynaya qaytarılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahının mətbuat xidməti məlumat yayıb .

"Bu gün repatriasiya tədbirləri həyata keçirilib. Rusiya tərəfinin məlumatına görə, Ukrayna hərbçilərinə məxsus 1003 cəsəd Ukraynaya qaytarılıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, istintaq və hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin ekspert müəssisələri ilə birlikdə repatriasiya olunmuş cəsədlərin müayinəsini və şəxsiyyətini müəyyən edəcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ