İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində məşhurları hədəf alan üçüncü əməliyyat həyata keçirilib.
Turkustan.az xəbər verir ki, əməliyyat “narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və qaçaqmalçılığı”, “şəxsi istifadə məqsədilə narkotik və ya stimullaşdırıcı maddələrin alınması” və “fahişəliyə təhrik etmə və asanlaşdırma” maddələri üzrə aparılıb.
Cümə səhəri keçirilən əməliyyat zamanı aktrisa Ezgi Eyüpoğlu da daxil olmaqla ümumilikdə 7 nəfər saxlanılıb.
Davam edən istintaq çərçivəsində Eser Küçükerol və İsmail Ahmet Akçay “narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti”, Saadet Ezgi Eyüpoğlu “istifadə məqsədilə narkotik və ya stimullaşdırıcı maddələrin alınması”, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü isə “fahişəliyə təhrik etmə və asanlaşdırma” ittihamları ilə nəzarətə alınıblar.
İstintaq tədbirləri davam edir.
Aytən Yaşar/ Turkustan.az